“İstedadlarla biologiya Olimpiadalarina hazırlıq -İBO -H" adlı vəsait hazırlandı
Təhsildə inkişaf və
innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi Gülnar Mirzəyeva tərəfindən “İstedadlarla
biologiya Olimpiadalarina hazırlıq -İBO -H" layihəsi çərçivəsində təhsilalanların biologiya
olimpiadasına hazırlığının effektivliyini təin etmək məqsədilə “Biologiya fənni
üzrə olimpiada sualları toplusu” hazırlandı. Layihədə iştirak etmək üçün 8, 9,
10 və 11-ci sinif şagirdləri arasında seçim turu keçirilmiş və ən yüksək nəticə
göstərən 20 nəfər seçilərək dərslərdə iştiraka cəlb edilmişlər. Dərslər olimpiada
imtahanlarının sillabusu əsasında keçirilmişdir.
60 məşğələ müddətində
Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci və 3-cü Qrant
müsabiqələrində qalib olmuş Biologiya fənnindən olimpidalara
hazırlıq vəsaitlərinin də monitorinqi keçirilmişdir. Yəni, təlimlərdə bu vəsaitlərdən
istifadə olunmuş və şagirdlər üçün qaranlıq olan hissələrə lazım gələrsə yenidən
baxılmışdır. Bu vəsaitlərlə yanaşı biologiya fənnindən olimpiadalara
hazırlaşmaq üçün təqdim olunan ədəbiyyat siyahısındakı vəsaitlərdən də
(Campbell, Life və s .) istifadə olunmuşdur. Eyni zamanda hər ay (aylıq sınaq)
və yekunda (ümumi sınaq) keçiriləcək sınaq imtahanları üçün beynəlxalq
olimpiadalarda istifadə olunmuş suallar tərcümə olunaraq test kitabçaları da hazırlanmışdır.
Hazırda layihədə iştirak edən şagirdlərdən 10 nəfəri RFO- nun final
mərhələsində, bir nəfəri isə RFM-in final mərhələsində iştirak hüququ qazanıblar. Vəsaiti əldə etmək üçü linkə keçid edə bilərsiniz: https://grants.edu.az/publish