146
logo

"SOFT SKİLLS" layihəsinin açılış mərasimi keçirilib

  • Çərşənbə axşamı 4 Fevral 2025



"SOFT SKİLLS" layihəsinin açılış mərasimi keçirilib
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqsənin qalibi Balakən məktəbliləri üçün "Soft Skills" təlimləri layihəsinin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində S.Vurğun adına Qullar 1 nömrəli tam orta məktəbin direktoru Vəfa Emçiyeva, karyera məsləhətçisi Orxan Əliyev, Balakən rayon üzrə Təhsil Sektorun əməkdaşı Sevinc İbadova və Balakən rayon İnteqrasiya Təlimli İnternat tipli Gimnaziya direktoru Fərhad Bazarov və layihənin təşkilat komandası iştirak ediblər.
Qeyd edək ki, layihənin məqsədi Balakən rayonunda təhsil alan şagirdlərə yumşaq bacarıqlar əldə etmələrinə təkan verməkdir. Xatırladaq ki, layihə Balakən rayonunda icra olunacaq və layihə rəhbəri Balakən rayon S.Vurğun adına Qullar kənd 1 nömrəli məktəbin müəllimi Pəri Şoldubanovadır.