146
logo

"Sərhədləri Aşan Gələcək: Dil Bil, Uğur Qazan" layihəsi çərçivəsində ingilis dili dərsləri davam edir.

  • Çərşənbə axşamı 4 Fevral 2025



"Sərhədləri Aşan Gələcək: Dil Bil, Uğur Qazan" layihəsi çərçivəsində ingilis dili dərsləri davam edir.

İngilis dilli xarici müəllim Nyaradzo Mtizira həftədə 4 dəfə 4 saat şagirdlər üçün əyani ingilis dili dərsləri təşkil edir. Dərslərdə əsas diqqət danışıq bacarıqlarının inkişafına yönəldilmişdir. Bundan əlavə, hər həftə şagirdlər üçün danışıq klubları, film günləri və müxtəlif məşğələlər keçirilir.

Xatırladırıq ki, "Sərhədləri Aşan Gələcək: Dil Bil, Uğur Qazan" adlı layihə Suraxanı rayonu Hövsan qəsəbəsi 270 nömrəli tam orta məktəbdə Namiq İbadov tərəfindən həyata keçirilir. Layihənin məqsədi, xarici müəllimin dəstəyi ilə şagirdlərin ingilis dili biliklərini inkişaf etdirmək və müasir tədris metodlarından istifadə edərək onları qlobal arenada rəqabətə hazır vəziyyətə gətirməkdir.