"Xəyallar düşərgədirsə yollar əngəl deyil” layihəsi uğurla yekunlaşıb.
"Xəyallar düşərgədirsə yollar əngəl deyil” layihəsi uğurla yekunlaşıb.
Layihəsinin məqsədi sağlamlıq imkanları məhdud şagirdlərin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, sosial inklüvizliyinin artırılması, asudə vaxtının səmərəli təşkil edilməsi və sağlam həyat tərzinin təbliğini təmin edilməsi istiqamətində inkişafedici proqram vasitəsi ilə dəstək olub maraqlı düşərgə təşkil edərək xoş istirahət yaşatmaqdan ibarət olub. Layihə çərçivəsində ümumilikdə 30 nəfər sağlamlıq imkanları məhdud şagirdin iştirakı ilə düşərgə keçirilib.
Düşərgə Xoşbulaq kəndində yerləşən Daşkəsən Gənclərin Təlim və İsitahət Mərkəzində təkşil edilib. Düşərgə mərhələsində hər gün sağlamlıq imkanları məhdud şagirdlər üçün psixoloq, sosial işçi və təlimçilər tərəfindən müxtəlif interaktiv oyunlar, inkişafetdirici və əyləncəli təlimlər, səhər sadə idman məşğələləri, eyni zamanda, müxtəlif terapiyalar (Art terapiyası, oyun terapiyası, rəqs terapiyası), iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncəli proqram, yaxınlıqda yerləşən təbiətə ekskursiya təşkil edilib.
Maraqlı və əyləncəli proqram sayəsində sağlamlıq imkanları məhdud şagirdlər özünü rahat və azad şəkildə ifadə edərək, içində gizlənmiş, üzə çıxarılmasına ehtiyac duyulan duyğularını üzə çıxararaq, əhval ruhiyyələri qalxdı, sosial əlaqələr quruldu, emosional vəziyyətləri tənzimləndi, əyləncəli oyunlar vasitəsi ilə sağlamlıq imkanları məhdud şagirdlər oyun zamanı sıranı gözləmə, mübarizə aparma və paylaşma kimi davranış rituallarına riyaət etdilər. Həmçinin düzgün nəfəs almaq, öz bədənlərini hiss etmək, diqqətlərini cəmləşdirmək və məkanda özünü hiss etməyi öyrənmiş oldular.
Xatırladaq ki, layihə Müşfiq Məmmədov tərəfindən icra edilib.