146
logo

31 nömrəli tam orta məktəbin “Özünüifadə Sənəti” adlı layihəsinin açılış mərasimi baş tutub

  • Çərşənbə axşamı 4 Fevral 2025



Bakı şəhəri Yasamal rayonu 31 nömrəli tam orta məktəbin “Özünüifadə Sənəti” adlı layihəsinin açılış mərasimi baş tutub.
Açılış mərasimində layihə rəhbəri Zülfiyyə Rəsulova layihə haqqında geniş məlumat verərək iştirakçılara uğurlar arzulayıb.

Layihə çərçivəsində 24 şagird üçün 20 gün davam edən, 40 modul və 80 akademik saatdan ibarət təlim proqramı təşkil olunacaq. Təlimlər özünüifadə bacarıqlarını inkişaf etdirməyə yönəlib. Layihə müddətində təlimi tamamlayan iştirakçılara sertifikatlar veriləcək.
Xatırladırıq ki, “Özünüifadə Sənəti” layihəsi Bakı şəhəri Yasamal rayonu 31 saylı tam orta məktəbin direktoru Zülfiyyə Rəsulova tərəfindən icra olunur və Öndə Gənclər İB ilə Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin məqsədi məktəbdə yaradıcı metodlardan istifadə etməklə şagirdlərdə özünüifadə bacarıqlarını inkişaf etdirməkdir.