“IDEAGENERATION: Məktəblərarası İdeathon Müsabiqəsinin Keçirilməsi” layihəsi çərçivəsində infosessiya keçirilib.
“IDEAGENERATION: Məktəblərarası İdeathon Müsabiqəsinin Keçirilməsi” layihəsi çərçivəsində seçilmiş iştirakçılar üçün onlayn infosessiya keçirilib.
Görüş zamanı şagirdlərə müsabiqənin qaydaları ilə bağlı geniş məlumat verilib, ünvanlanan suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin məqsədi şagirdlərin tədqiqat və komanda ilə işləmək bacarıqlarının inkişaf etdirmək, təhsil sahəsinə yaradıcı yanaşmalar göstərmək, problem müəyyənləşdirmək, analitik düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək, həmçinin, təhsil keyfiyyətinin artırılmasıdır.
Layihə H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin kimya və STEAM müəllimi Çinarə Abdullayeva tərəfindən icra olunur. Sonda müsabiqə zamanı təklif edilən ideyalardan ən yaxşıları seçilərək təkliflər toplusu halına salınacaqdır.