"ART-STUDİO" layihəsinin təqdimatı keçirilib
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olmuş "ART-STUDİO" layihəsinin təqdimatı keçirilib
Yevlax rayon Xaldan kənd kompleks tam orta məktəbində gerçəkləşdiriləcək layihənin açılış tədbirində media nümayəndələri, layihə tərəfdaşları, məktəb rəhbərliyi, pedaqoji heyət və şagirdlər iştirak ediblər.
Layihə çərçivəsində məktəbdə müasir standartlara cavab verən sənət emalatxanası – ART-Studio yaradılacaq. Burada Azərbaycanın qədim sənət növlərindən olan dulusçuluqla yanaşı, rəssamlıq, heykəltəraşlıq və digər sənət texnologiyalarının tədrisi nəzərdə tutulur. Bu təşəbbüs şagirdlərin estetik zövqünün və bədii bacarıqlarının inkişafına xidmət edəcək.
Xatırladırıq ki, "ART-Studio" layihəsinin rəhbəri Xaldan kənd kompleks tam orta məktəbinin fizika laborantı Pərvanə Hacıyevadır. Layihənin məqsədi 25 şagirdin sənət və əmək bacarıqlarını inkişaf etdirməkdir.