146
logo

“Bizə qoşul və xilas et” layihəsi çərçivəsində onlayn maarifləndirici seminarlar keçirilib.

  • Şənbə 15 May 2021




          15 sentyabr 2020-15 mart 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi" fərdi kateqoriyasının üzrə qalibi  “Bizə qoşul və xilas et!” layihəsinin icrası uğurla həyata keçirilib.

        Layihə çərçivəsində ZOOM platforması və Microsoft TEAMS proqramı vasitəsilə Ağsu rayonunun ümumtəhsil məktəblərində təhsil alan məktəblilər üçün onlayn şəkildə erkən evliliklərə qarşı 6 maarifləndirici seminar keçirilib. Seminarlarda Ağsu rayon məktəblərində təhsil alan 300-dən artıq şagird və müəllimin, həmçinin valideynlərin iştirakı təmin edilib. İştirakçılara erkən evliliklərin bioloji fəsadlarından söz açılıb, problemlə mübarizə yolları diqqətə çatdırılıb. Keçirilən görüşlərdə layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova və layihənin təlimçisi tərəfindən layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Seminarlarda iştirak edən müəllimlər və könüllü gənclər mövzu ətrafında fikir mübadiləsi aparıblar.

           Həmçinin layihə çərçivəsində “Ailə xilaskarları” könüllü klubu təşkil edilib. Könüllü klubun üzvləri və rayon məktəbliləri tərəfindən erkən evliliklərin bioloji fəsadlarından bəhs edən videoçarx və təqdimatlar hazırlanaraq nümayiş olunub.                 Layihənin icra planına uyğun olaraq “Erkən evliliklər bəşəri bəladır!” adlı inşa yazı və sosial çarx müsabiqələri keçirilib, müsabiqə qalibləri müvafiq olaraq diplom və fəxri-fərmanlarla, layihənin icrası zamanı aktiv iştirak edən dinləyicilərə isə sertifikatlar təqdim olunub.

           Həyata keçirilən açılış mərasimi və yekun hesabat tədbiri daxil olmaqla bütün tədbirlər ölkənin ən nüfuzlu qəzet və saytlarında (sumqayıtfakt.az, manevr.az, azedu.az, müallim.az, azərtag.az, manera.az, mektebgusesi.az saytlarında, Azərbaycan müəllimi qəzetində) vaxtaşırı olaraq dərc olunub, erkən evliliyə qarşı aparılan mübarizə, görülən işlər barədə ictimaiyyətə geniş informasiya ötürülüb. 

            Bununla yanaşı layihə çərçivəsində 2500 ədəd “Bizə qoşul və xilas et! adlı maarifləndirici bukletlər çap olunaraq Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinə təqdim olunub. Ümumilikdə layihənin icrası zamanı keçirilən bütün tədbirlər yaddaqalan və davamlılığı təmin oluna biləcək olub, layihə 15 mart 2021-ci il tarixində xoş təəssüratlarla başa çatıb.