146
logo

“Şirvanın Texnoliderləri“ robot texnologiyasını öyrənir!

  • Cümə axşamı 6 Fevral 2025



“Şirvanın Texnoliderləri“ qrant layihəsinin təlimləri uğurlu şəkildə davam edir.
Təlimlər Şirvan şəhər məktəblərinin 7-8-ci sinif şagirdlərindən seçilmiş 30
nəfərə Şirvan şəhər STEAM Mərkəzində həftədə 1 dəfə 3 saat olmaqla 4 ay müddətində davam edəcək.
Təlim proqramı: "Introduction To Python", "Python Data Types", "Python Program Flow Control", "Python Functions", "Modules And Packages", "Python String", "List And Dictionary Manipulations", "Python File Operation", "Python Object Oriented Programming – Oops", "Python Regular Expression", "Python Exception Handling və Python Database Interaction" mövzulardan ibarətdir.
Xatırladaq ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində qalib olan “Şirvanın Texnoliderlər” layihəsi Zümrüd Əliyeva tərəfindən icra olunur.