Şirvan şəhərində “İnteraktiv rəqəmsal tədris platformalarının dərsə inteqrasiyası” layihəsinin icrası davam edir.
Şirvan şəhərində “İnteraktiv rəqəmsal tədris platformalarının dərsə inteqrasiyası” layihəsinin icrası davam edir.
Layihənin icra planına uyğun olaraq Şirvan şəhərində yerləşən məktəblərdən 30 müəllimin seçilib. Seçilmiş müəllimlərə “Kahoot” “Quizlet” və “Pear Deck” platformalarından istifadə və interaktiv tədris metodları ilə bağlı ümumilikdə 10 günlük intensiv təlimlər keçirilib.
Bildirək ki, layihənin məqsədi “Kahoot”, “Quizlet” və “Pear Deck” kimi interaktiv rəqəmsal tədris platformaları üzrə yeni bilik və bacarıqlar öyrətməklə müəllimlərin interaktiv tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal öyrənməni inkişaf etdirməkdir.
Qeyd edək ki, Arzu İmanovanın rəhbərlik etdiyi layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.