146
logo

"Ekranı bağla, Həyatı aç" layihəsi icrasını davam etdirir.

  • Cümə 7 Fevral 2025



"Ekranı bağla, Həyatı aç" layihəsi icrasını davam etdirir.

Layihə çərçivəsində şagirdlərin gündəlik nə qədər ekrana baxdıqlarını, daha çox hansı tip məzmunlara baxdıqlarını və daha başqa hansı formalarda ekran qarşısında vaxt keçirdiklərini öyrənmək məqsədi ilə tədqiqat aparılıb.

Xatırladaq ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Turanə Atakişiyeva tərəfindən həyata keçirilən "Ekranı bağla, Həyatı aç" layihəsi həmin məktəbdə icra olunur. Məqsəd şagirdlərin ekran qarşısında keçirdikləri vaxtı şüurlu şəkildə azaltmaq, onları ekrandan kənar fəaliyyətlərə təşviq etmək və həyatlarının çox hissəsində ekranı bağlayıb, həyatı açmaqdır.