146
logo

“Bullinqi birlikdə dayandıraq” layihəsinin icrası davam edir

  • Cümə 7 Fevral 2025



“Bullinqi birlikdə dayandıraq” layihəsinin icrası uğurla davam etdirilir.
Layihə üzrə təlimçi-psixoloq Simuzər Şərifova tərəfindən şagirdlərə mövzu ilə bağlı təlimlər təşkil edilib. Şagirdlər arasında bullinqlə bağlı inşa müsabiqəsi, şüar müsabiqəsi, kitab müzakirəsi aparılmış, şagirdlərin fikirləri alınıb.
Layihənin məqsədi məktəblərdə bullinq hallarının qarşısını almaq, şagirdləri bu problemlə üzləşməkdən xilas etmək, bullerləri humanist əməkdaşlığa səsləməkdir. Məlumat üçün bildirək ki, layihənin icra müddəti 4 aydır. Bu müddətdə psixoloq tərəfindən müəllim, valideyn və şagirdlərə təlimlər keçiriləcək. Şagirdlər arasında bullinq hallarının aşlarlanıb aradan qaldırılması üçün sorğu və seminarlar keçiriləcək.
Layihənin sonunda şagirdlər arasında bullinq hallarının azaldılması, depressiya, ifrat narahatlıq, psixoloji böhranın aradan qalxması, özünəinam hissinin artması, şagirdlərin həmyaşıdları, müəllimləri, valideynləri ilə münasibətlərinin yaxşıya doğru dəyişməsi, məktəbdə təhsilin keyfiyyətinin yüksəlməsi, akademik nəticələrin artması gözlənilir.
Qeyd edək ki, layihə Elza Hüseynova tərəfindən Şəmkirdə icra olunur.