“Biz birlikdə əylənirik” adlı layihə çərçivəsində müsabiqə keçirilib!
“Biz birlikdə əylənirik” adlı layihə çərçivəsində müsabiqə keçirilib!
Layihənin fəaliyyət planına uyğun olaraq “Özünü təqdim et” müsabiqəsi təşkil olunub.
Müsabiqədə 18 nəfər şagird iştirak edib. Müsabiqənin məqsədi şagirdlərdə özünü təqdimetmə bacarığı, nitq və ünsiyyət qabiliyyətini formalaşdırmaqdır.
Xatırladaq ki, “Biz birlikdə əylənirik” adlı layihə İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbində Nazim Salmanov tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərdə birgə əməkdaşlığı formalaşdırmaq, onlara fiziki fəallığın əhəmiyyəti haqqında məlumat vermək, düzgün həyat tərzi keçirməkdə onlara kömək etmək, oyun və ünsiyyət bacarıqlarını formalaşdırmaq, sosial şəbəkələrdə vaxt keçirmək yox, açıq havada yoldaşları ilə ünsiyyət qurmağın daha faydalı olduğunu təbliğ etmək, qədim uşaq oyunları ilə onları tanış etməkdən ibarətdir.