"Məktəb Ailə İcma Birliyi" layihəsinin valideynlər üçün təlimləri davam edir
"Məktəb Ailə İcma Birliyi" layihəsinin valideynlər üçün təlimləri davam edir
Layihənin icra planına əsasən “Övladımın ən böyük arzusu” mövzusunda valideynlər üçün təlim keçirilib.
Layihənin məqsədi şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi, şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Xatırladırıq ki, layihə Bakı şəhəri Suraxanı rayonu 318 nömrəli tam orta məktəbdə Ülviyyə Rüstəmova tərəfindən icra olunur.