146
logo

“Övladının əlindən tut” layihəsinin icrası uğurla başa çatıb.

  • Cümə axşamı 27 May 2021



15 sentyabr 2020-15 mart 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsi fərdi kateqoriyası üzrə qalibi “Övladının əlindən tut” layihəsinin icrası uğurla həyata keçirilib. 

Layihə birinci mərhələdə-onlayn formatda ictimaiyyətə açıq elan olundu. Valideyn heyətindən ibarət hər qrupda 25 nəfər olmaqla (ümumilikdə 125 nəfər valideyn) 5 qrup yaradıldı və hər qrup üçün ayrılıqda 1 günlük maarifləndirici seminarlar təşkil olundu. Valideynlərə uşaq psixologiyasının xüsusiyyətləri ilə bağlı əqli və fiziki imkanları əhatə edən müxtəlif tələblərin təmin edilməsi və müxtəlifliklərin hesaba alınma imkanlarının optimal üsullarının axtarışı; şagirdin yaradıcı potensialının və məsələləri həlletmə bacarığının müxtəlif yollarla stimullaşdırılması; uşaqların müəyyən nəticələr əldə etmək hüquqlarının təmin edilməsi; sosial uzaqlaşdırılmaya məruz qalan, həmçinin davamiyyəti zəif olan şagirdlərə mənəvi dəstəyin göstərilməsi haqqında maarifləndirici seminarlar təşkil olundu. Potensial sosial-mənəvi zorakılığa məruz qalmış uşaqların cəmiyyətə inteqrasiyası və inteqrasiya olunmuş kurikulumla bağlı dövlət siyasəti və qanunvericiliyi valideynlərə izah etməklə onların maariflənməsinə nail olundu.

Səsvermə yolu ilə hər qrupdan namizədliyi irəli sürülmüş valideynlərdən ibarət biri sədr və 9 nəfər daimi üzv seçilməklə Müəllim-şagird-valideyn assosasiyası yaradıldı. Bu prosesə 9 nəfər daimi üzvlər hər il nəzarət edəcək və digər müəllimlərin də bilik və bacarıqlarının təkmilləşdirilməsinə nail olunacaq.

Layihə çərçivəsində 500 ədəd “Övladının əlindən tut” adlı maarifləndirici kitabça, buklet və flayerlər çap olunaraq Daşkəsən və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərindəki valideynlərə təqdim olunmuşdur. Layihə 15 mart 2021-ci il tarixində xoş və yaddaqalan təəssüratlarla başa çatıb.