146
logo

"Ədəbiyyatı bədii intellektual oyunlarla və ekskursiyalarla öyrənək" layihəsi çərçivəsində Şamaxı və Bakı şəhərlərinə ekskursiya təşkil olunub

  • Bazar ertəsi 10 Fevral 2025



"Ədəbiyyatı bədii intellektual oyunlarla və ekskursiyalarla öyrənək" layihəsi çərçivəsində Şamaxı və Bakı şəhərlərinə ekskursiya təşkil olunub.
Bu səfərdə şagirdlər Azərbaycan ədəbiyyatının dahi şəxsiyyətlərinin izləri və zəngin mədəni irsimizlə tanış olub. Şamaxı şəhərində onlar Seyid Əzim Şirvaninin qəbrini, Mirzə Ələkbər Sabirin ev muzeyini, Yeddi gunbəz qəbristanlığını, Cümə məscidini, Diri baba türbəsini ziyarət edib.
Bakı şəhərində isə şagirdlər N.Gəncəvi adına ədəbiyyat muzeyi, S.Vurğunun ev muzeyi ilə tanış olublar. Bu ekskursiyalar şagirdlərə biliklərini dərinləşdirmək imkanı yaratmaqla yanaşı, onların mədəni və tarixi irsə marağını daha da artırmışdır. Bakı səfərində şagirdlər həmçinin Şəhidlər xiyabanını ziyarət edib.
Xatırladırıq ki, layihə Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbinin müəllimi Rzayeva Yeganə tərəfindən icra edilir. Bu layihə həm ədəbiyyatımızı dərindən öyrənmək, həm də onun dərinliklərinə bədii intellektual oyunlar və ekskursiyalarla səyahət etmək istəyən şagirdlər üçün əvəzsiz bir fürsət təqdim edir.