"Məktəblilərin Yaşıl dünyası" layihəsi divar-rəsm layihəsi uğurlar davam edir.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib olan "Məktəblilərin Yaşıl dünyası" layihəsi divar-rəsm layihəsi uğurlar davam edir.
Layihənin icra planına uyğun olaraq növbəti tədbir Lənkəran şəhər A. Babayev adına 8 nömrəli tam orta məktəbində uğurla həyata keçirilib.
Xatırladaq ki, layihə Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbin müəllimi Dünya Veysəlova tərəfindən icra olunur. Layihənin məqsədi Lənkəran rayonun məktəbliləri arasında ekoloji maarifləndirmə və mövzu üzrə divar-rəsm müsabiqəsi tədbirlərini təşkil etməklə onlarda yaşıl dünya naminə fəaliyyətləri formalaşdırmaq, inkişaf etdirməkdən ibarətdir.
Layihənin icrası zamanı “Yaşıl dünya” mövzusunda təlim interaktiv şəkildə təşkil olunub. Ekoloji sistemdə baş verən dəyişiliklərin idarə olunması, ətraf mühiti qorumaq, alternativ enerji resurlarından istifadədə ölkəmizin potensialı və mötəbər COP29 tədbirinin bütün dünya üçün əhəmiyyəti istiqamətlərində məlumatlar təqdim olunub.