Balaca skautlar Bakı Zooloji Muzeyində
Balaca skautlar Bakı Zooloji Muzeyində
Vlll qrant müsabiqəsinin qalibi olan “Skautinq – Şagirdlərin Həyat Tərzi kimi” layihəsi çərçivəsində “Xunsar” Skaut Klubunun üzvləri üçün Bakı Zooloji Muzeyinə maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiyada 30 skaut iştirak edib. Şagirdlər muzeydə Azərbaycan təbiətinə və müxtəlif ölkələrin iqlim şəraitinə uyğun heyvanların cansız bədənlərinin təqdim olunduğu unikal sərgi ilə tanış olublar. Bu sərgi vasitəsilə onlar müxtəlif növ canlıların həyat tərzi, təbiətə uyğunlaşma xüsusiyyətləri və ekosistemin əhəmiyyəti barədə geniş məlumat əldə ediblər.
Mauqli yaş qruplu skautlar burada bioloji və ekoloji məlumatlara marağı artıran zəngin eksponatlarla tanış olmaq imkanı əldə ediblər. Gələcək nəsillərin təbiəti dərk etməsi və qoruması üçün bu kimi təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Skautinq şagirdlərin həyat tərzi kimi” layihəsi Binəqədi rayonu E. Sultanov adına 217 nömrəli məktəbdə Aynur İbrahimova tərəfindən icra olunur. Layihənin icrası zamanı dəstə görüşlərinin keçirilməsi Azərbaycan Skautlar Assosiasiyasının Milli Gənclər Proqramının komponentləri çərçivəsində tənzimlənəcəkdir. Layihə 9 ay ərzində hər həftəsonu 1 dəfə olmaqla, ümumilikdə ayda 4 dəfə təlim keçiriləcək. Layihədə təlimlər 6 istiqamət: fiziki, sosial, emosional, intelekual, psixoloji və xarakter üzrə baş tutacaqdır.