146
logo

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib olmuş "Məlumatlısan – demək silahlanmısan!" layihəsinin bağlanış tədbiri keçirilib.

  • Bazar ertəsi 10 Fevral 2025



Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib olmuş "Məlumatlısan – demək silahlanmısan!" layihəsinin bağlanış tədbiri keçirilib.

Layihənin icra planına uyğun olaraq 50 nəfər şagirddən ibarət qruplara “İlkin tibbi yardım bacarıqları" və "Fövqaladə hallar zamanı düzgün mövqenin və görüləcək işlərin təşkili” mövzularında  təlimlər uğurla yekunlaşıb və iştirak edən şagirdlər sertifikatla təltif edilib.

Bağlanış tədbirində Mil-Muğan Regional Təhsil İdarəsi Təhsilin keyfiyyəti sektorunun əməkdaşı Fərahim Nağıyev layihənin çox məqsədyönlü və dövrün tələbinə cavab verməsi haqqında müsbət rəylərlə çıxış edib. 

Xatırladırıq ki, layihə Sabirabad şəhər 2 nömrəli məktəb-liseyin müəllimi Sevinc Məhərrəmova tərəfindən icra olunub. Bu layihənin məqsədi məktəblilərdə ilkin tibbi yardım üzrə mühüm həyati bacarıqlar formalaşdırmaqdır.