146
logo

"Təhsildə Texnologiyaların Tətbiqi " layihəsinin tətbiqi dərsləri davam edir.

  • Cümə axşamı 26 Dekabr 2019



                Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi Cəbrayıl rayon Tatar kənd tam orta məktəb tərəfindən icra olunan "Təhsildə texnologiyaların tətbiqi" adlı layihə çərçivəsində tətbiqi dərslər keçirilməyə davam edir. Layihənin əsas məqsədi müəllimlərin texnologiyalardan tədris vasitəsi kimi istifadə bacarıqlarını artırmaqdır. Bununla yanaşı, layihənin həyata keçirilməsi nəticəsində müəllimlərin texnoloji və metodoloji bacarıqlarının artırılmasından şagirdlər də faydalanacaqdır.

            İlkin olaraq, Saatlı rayon Ş. Ağamirzəyev adına Bəylər kənd ümumi orta məktəbi və Əlisoltanlı kənd tam orta məktəblərində 40 müəllimə kompüter bilik və bacarıqlarının artırılması, internet araşdırma sistemi, MS Word, Pover Point, Photoshop, digər texnologiyaların istismarı – skaner, printer, fotokamera, projektordan istifadə bacarıqlarının artırılması mövzularında təlimlər keçirilmişdir. Eyni zamanda, müəllimlərin şagirdyönümlü innovativ tədris və tərbiyə nəzəriyyələrinə və bu nəzəriyyələrin tətbiqi təcrübəsinə yiyələnmələri məqsədilə "Konstruktivizm pedaqoji nəzəriyyə", "Şagirdyönümlü dərs üsulları" və "Kompüter vasitəsilə əməkdaşlıq və öyrənmə" sahəsində bilik və bacarıqları artırılmışdır. Hal-hazırda, təlimləri uğurla başa vurmuş müəllimlər təlimlərdə öyrəndikləri bilik və bacarıqları öz dərslərində tətbiq edirlər.