146
logo

Xəstə və xəsarət alanların daşınma üsullarına dair müxtəlif videoçarxlar hazırlandı.

  • Bazar ertəsi 31 May 2021




       Azərbaycan Respublikası Təhsil Naziriyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi” çərçivəsində Ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi üzrə “Həkim gələnə qədər-ilk yardım” layihəsi artıq tamamlanıb. Layihənin əsas məqsədi ölkənin bütün ümumtəhsil məktəblərində yeniyetmələr arasında hər hansı hadisə zamanı ilkin yardım yollarını öyrətməkdir.

      Layihə rəhbəri Ağdam rayonu 71 saylı köçkün tam orta məktəbin direktoru, biologiya müəllimi Ülviyyə Tərlan qızı Mahmudovadır. Layihə çərçivəsində Həkim gələnə qədər ilk yardım qaydalarını öyrədici kitab hazırlanıb. İlk yardım qaydalarını təbliğ edən onlayn seminarlar keçirilib. Həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakultəsində Tibb Universitetinin hərbi terapiya kafedrasının müəllimi , tibb üzrə fəlsəfə doktoru Şirvanova Rəna Əmirağa qızı, hərbi tibb mayoru, cərrah Ramin Əliyevin iştirakı ilə təlim videoları çəkilmişdi.

     Ilk yardım qaydalarını mənimsəyən gənclər ləngimədən zərərçəkənə həkimə qədərki ilk tibbi yardım göstərməyə başlamalıdı. Ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi onlara həyat üçün təhlükəli olan aşağıdakı hallarda "təcili yardım” çağırdıqdan sonra, həkim gələnə qədər təxirə salınmadan ilk yardım göstərilmək bacarığı qazandıracaq:
- yaralanmalar;
- suda boğulma;
- qanaxmalar;
- huşun itirilməsi;
- qıcolmalar;
- heyvanlar tərəfindən dişləmələr;
- arterial təzyiqin kəskin şəkildə yüksəlməsi və ya enməsi;
- ürək fəaliyyətinin və tənəffüsun dayanması;
- ilan sancması;
- donvurma;
- şok;
- elektrotravmalar və s. bu kimi hallar.
Kitabı oxuyaraq və hazırladığımız video çarxları izləyərək, Həkim gələnə qədər-ilk yardım qaydalarını öyrənmək mümkündür.

Videoçarxları aşağıdakı linklərə daxil olaraq izləyə bilərsiniz: 

1. İlk yardımın ABC si

https://youtu.be/LRX6LDmLcsA

2. Xəstə və xəsarət alanların daşınması

https://youtu.be/nwFEI6_pWww

3. Nəbz və onun təyini

https://youtu.be/ds9ejcQiDJE

4. Qan təzyiqinin ölçülməsi

https://youtu.be/z9ZpCabPVdI

5. Temperaturun ölçülməsi

https://youtu.be/L6MaNYBwnoo

6. Burun qanaxmaları zamanı ilk yardım

https://youtu.be/KWivOLY8sjo

7. Qulaq qanaxmalarında ilk yardım

https://youtu.be/mH0MUk4c3OE

8. Ətraflarda qanaxma zamanı ilk yardım

https://youtu.be/RjCkrwXrX9Q

9. Venoz qanaxma zamanı ilk yardım.

https://youtu.be/jBpCtXJpT3M

10. Sarğı əzələsinə iynə necə vurulur

https://youtu.be/yuRy4dAEPnw

11. Qol əzələsinə iynə vurma

https://youtu.be/-s0Ze8DtIaI

12. Yuxarı ətraf sınıqları zamanı ilk yardım

https://youtu.be/xWY2bozYlSM

13. Aşağı ətraf sınıqları zamanı ilk yardım

https://youtu.be/kFBIiV5q1Gg

14. Yanıqlar zamanı ilk yardım

https://youtu.be/8ZspQGKgD_c

15. Donma zamanı ilk yardım

https://youtu.be/cG_N4u-RPvE

16. Bayılma zamanı ilk yardım

https://youtu.be/ylQapnxsnUQ

17. Epilepsiya zamanı ilk yardım

https://youtu.be/5KttvFrQYX8

18. Zəhərlənmələr zamanı ilk yardım

https://youtu.be/LTogC6RN5aE

19. Qismən boğulma - abstruksiya zamanı ilk yardım

https://youtu.be/8zs6xx1zOao

20. Tam boğulma zamanı ilk yardım

https://youtu.be/onOjeJZoqWk

21. Suda boğulma zamanı ilk yardım

https://youtu.be/3Kith3qwCv8

22. Süni nəfəs, ürəyin qapalı masajı

https://youtu.be/j1XTGQ1ud1k

23. Heyvan dişləməsi

https://youtu.be/wL80j57JPzY

24. Zəhərli həşərat sancması

https://youtu.be/hW2eS8E4_Bw