146
logo

“Dünyanın yaxın dostu SƏN-sən!” layihəsinin praktik mərhələsinə start verilib

  • Şənbə 15 Fevral 2025



“Dünyanın yaxın dostu SƏN-sən!” layihəsinin praktik mərhələsi

 Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “Dünyanın ən yaxın dostu SƏN-sən!” layihəsinin praktik mərhələsinə start verilib.

Layihə çərçivəsində məktəbin həyətində 100 ədəd şam ağacı və 100 ədəd qızıl gül kolları əkilib. Layihə iştirakçıları çox böyük həvəslə ağac və gül kollarının əkilməsində iştirak ediblər.

Xatırladaq ki, Bərdə şəhər Milli Qəhrəman E.Kərimov adına 4 nömrəli tam orta məktəbin direktoru Tofiqə Məmmədova tərəfindən həyata keçirilən “Dünyanın ən yaxın dostu SƏN-sən!” layihəsi həmin məktəbdə icra olunur. Layihənin məqsədi şagirdlərin araşdırma aparmaq və interaktiv fəaliyyətlər həyata keçirmək bacarıqlarını inkişaf etdirməkdir.