146
logo

''PİRLS-İnkişaf üçün oxu'' layihəsi çərçivəsində PİRLS tədqiqatı üzrə kitabça çap edilib.

  • Bazar ertəsi 31 May 2021



Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsi qalibi olmuş ''PİRLS-İnkişaf üçün oxu'' layihəsi çərçivəsində PİRLS tədqiqatı üzrə kitabça çap edilib.
Vəsaitdə PİRLS Beynəlxalq Qiymətləndirmə tədqiqatının aparılmasının nəzəri və təcrübi məsələləri: “Beynəlxalq Qiymətləndirmə”, “Azərbaycanlı şagirdlərin PİRLS - 2016 nəticələrinin təhlili”, “Nəticə və tövsiyələr”, “Oxuya verilən tələblər” və “Oxuyub anlama bacarığının yoxlanılması üçün nümunələr” bölmələrində ümumiləşdirilmişdir.
Kitabçada ibtidai təhsil səviyyəsində "Azərbaycan dili" fənn kurikulumunda nəzərdə tutulan oxu məzmun xətti üzrə tədqiqatın sualları və PİRLS tədqiqatında istifadə olunan mətnlərin xüsusisiyyətləri təhlil edilir.
Fikrimizcə, vəsaitdə müəllimlər ücün ən lazımlı bölmə “Oxuyub anlama bacarığının yoxlanılması üçün nümunələr” in verilməsi hesab oluna bilər. Burada “Loğman”, “Kitab”, “Futbol”, “Şuşa torpağının nəfəsı”, “Şuşa faciəsi”, “Öyrənilmiş acizlik”, “Demosfen” mətnləri və hər bir mətndən sonrakı çalışmalar təqdim edilib. Vəsaiti əldə etmək üçün linkə daxil ola bilərsiniz: https://grants.edu.az/publish