146
logo

"Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihənin təlimləri davam edir

  • Şənbə 15 Fevral 2025



"Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihənin təlimləri davam edir.
Layihə çərçivəsində PhET platformasındakı Azərbaycan dilinə tərcümə olunmuş simulyasiyaların milli kurikulumla uyğunlaşdırılması və dərs proqramlarının hazırlanması həyata keçirilir. Bu proqram əsasında məktəbdə VII-X sinif şagirdlərindən ibarət “PhET Kimya Dərnəyi” təşkil olunub.

Layihənin əsas məqsədi PhET interaktiv simulyasiya platformasında yerləşən tədris materialları və praktiki məşğələlərdən istifadə edərək kimya dərslərini daha interaktiv və əyləncəli şəkildə təşkil etməkdir.
Xatırladırıq ki, "Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihə Küpçal kənd tam orta məktəbdə Ayxan Məhəmmədzadə tərəfindən
həyata keçirilir.