Müəllimlər "Google Certifited Educator" sertifikatı əldə edəcəklər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalibi olan “Google sertifikatlı pedaqoq” layihəsinin icrası davam etməkdədir.
Qeyd edək ki, 3 ay davam edən layihənin məqsədi təhsilverənlərin "Google Education"-un təqdim etdiyi beynəlxalq səviyyədə tanınan sertifikatlaşdırma imtahanına qoşulmasını təmin edərək onların peşəkar bacarıqlarını yüksəltmək və onların “Google Sertifikatlı Pedaqoq” adını almalarına nail olmaqdır. Təlimlər Google proqramının təqdim etdiyi alətləri (Google Meet, Google Drive, Google Docs,Google Sheets və s.) dərindən öyrənilməsinə və praktikada istifadə edilməsinə şərait yaradacaq.
Layihə çərçivəsində keçirilən təlimlərdən ümumilikdə 30 müəllim faydalanacaq. Təlimlərdən sonra iştirakçılar "Google"-un təklif etdiyi sertifikatları almaq üçün imtahanlara daxil olacaq. İmtahanda uğur qazanan müəllimlər "Google Certifited Educator" sertifikatı əldə edəcəklər.
Xatırladaq ki, layihə Bakı şəhəri 44 nömrəli tam orta məktəbin müəllimi Təranə Nuriyeva tərəfindən icra edilir.