146
logo

“Gənc rejissorların qısa film festivalı" layihəsi İ.Kərimov adına Çobankol kənd tam orta məktəbində icra olunur

  • Bazar 16 Fevral 2025



Gənc rejissorların qısa film festivalı

“Gənc rejissorların qısa film festivalı" layihəsi İ.Kərimov adına Çobankol kənd tam orta məktəbində icra olunur. İcra müddəti 6 ay olan layihədə hər sinifdən 20 şagird olmaqla VII, VIII və IX sinif şagirdləri iştirak edir. 6 saat nəzəri, 4 saat praktiki olmaqla hər sinif üçün 10 saatlıq təlimlər keçirilir. "Gənc rejissorların yaradıcı təcrübəsi” adlı təlim proqramının ilk təliminin mövzusu “Təlimə giriş və video istehsalına ümumi baxış” olub.

Xatırladaq ki, layihə Zaqatala rayonu İ.Kərimov adına Çobankol kənd tam orta məktəbinin müəllimi Məmmədova Ülkər tərəfindən icra olunur. Layihənin əsas məqsədi şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq və təxəyyül təfəkkürünü inkişaf etdirməkdir. Eyni zamanda video istehsalı prosesinə dair şagirdlərə praktiki bilik və bacarıqları qazandırmaqdır.