“Günəşli Şahmat Akademiyası-Ustadların İzində” layihəsi uğurla davam edi
“Günəşli Şahmat Akademiyası-Ustadların İzində” layihəsi uğurla davam edir
Layihənin məqsədi Şəmkir rayon Günəşli kənd ümumtəhsil məktəb şagirdləri arasında Şahmat idman oyununun, zehni təfəkkür inkişafının təbliğatıdır. Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi, pis vərdişlərdən uzaq olması, müstəqil düşüncənin formalaşması, təhsil və ümumtəhsil məktəbləri arasında əməkdaşlıq, vətənpərvər, sağlam əqidəli vətəndaş yetişdirməkdir. Eyni zamanda “Günəşli Şahmat Akademiyası-Ustadlarının izində" layihəsi Şahmat elminin sirlərini şagirdlərə aşılamaqdır.
Layihənin icra müddəti 4 aydır. Bu müddət ərzində təlimçi tərəfindən müxtəlif təlimlər keçiriləcək və yarışlar təşkil olunacaq. Layihənin sonunda şagirdlərdə zehni təfəkkürün inkişafı, özgüvən, qabiliyyət və məğlubiyyət hisslərinin aşılanması, eləcə də sərbəst düşünmə bacarığının inkişaf etdirilməsi kimi mühüm nəticələrin əldə edilməsi gözlənilir.
Xatırladaq ki, layihə Rövşən Əbilov tərəfindən icra edilir.