146
logo

"Coğrafiyanın simulyativ tədrisi" layihəsi çərçivəsində təlimlər davam edir

  • Bazar ertəsi 17 Fevral 2025



Təlimlərdə PhET platformasının interaktiv simulyasiya imkanlarından istifadə edərək coğrafi mövzular ilə yanaşı kimya, fizika, riyaziyyat fənləri də daha əyani və maraqlı şəkildə izah edilir.

Şagirdlər virtual mühitdə müxtəlif prosesləri müşahidə edib, öz biliklərini praktiki olaraq tətbiq etmək imkanı qazandırlar. Bu yanaşma həm dərsi daha dinamik və cəlbedici edir, həm də şagirdlərin mövzuları dərindən mənimsəməsinə şərait yaradır.

Xatırladırıq ki, "Coğrafiyanın simulyativ tədrisi" adlı layihə Suraxanı rayonu 317 nömrəli tam orta məktəbdə Leyla Əliyeva tərəfindən həyata keçirilir. Layihənin məqsədi PhET platformasında mövcud olan yer elmləri üzrə interaktiv simulyasiya oyunlarını tətbiq etməklə şagirdlərin coğrafiya fənninə marağını artırmaq və bu təcrübəni məktəbdə genişləndirməkdir.