146
logo

Beynəlxalq onlayn platforma üzərindən robototexnikanın öyrənilməsi

  • Bazar ertəsi 17 Fevral 2025



“Beynəlxalq onlayn platforma üzərindən robototexnikanın öyrənilməsi” adlı layihə 298 nömrəli tam orta məktəbdə uğurla həyata keçirilir. 

Bu layihə gələcəyin texnoloji biliklərinə yiyələnmək istəyən şagirdlər üçün misilsiz bir fürsət yaradır. 

Layihənin əsas məqsədləri:

Mühəndislik bacarıqlarının inkişafı – riyaziyyat, fizika və kompüter elmləri sahəsində biliklərin artırılması və bu biliklərin praktiki həll yollarında tətbiqi;

Texnologiyalara uyğunlaşma – şagirdlərin müasir texnoloji trendləri izləməsi və innovasiyalara töhfə verməsi üçün lazımi bacarıqların formalaşdırılması;

Qabaqcıl fikirlərin tətbiqi – robototexnika sahəsində yaradıcı yanaşmaların dərk edilməsi və onların real həyatda tətbiqi.

Xatırladaq ki, layihə Bakı şəhəri 298 nömrəli tam orta məktəbdə Mahirə Nuriyeva tərəfindən icra edilir. Layihənin əsas məqsədi şagirdlərə mühəndislik və texnologiya sahələrində biliklər qazandıraraq, onları qlobal texnoloji çağırışlara hazırlamaqdır. Robototexnika vasitəsilə gənclər yalnız nəzəri biliklər əldə etməklə kifayətlənməyəcək, eyni zamanda real problemləri həll etmə bacarığını da inkişaf etdirəcəklər.