Qrant layihə iştirakçıları xalça sexində
Qrant layihə iştirakçıları xalça sexində
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olan İsmayıllı rayonunun Gideyli kəndi Q.Heydərov adına ümumi orta məktəbində keçirilən “Boğçalarda qorunan gözəllik - təkəlduz” layihəsinin iştirakçıları xalça sexinə səfər ediblər. Səfər zamanı layihə iştirakçıları tikiş ustalarından məsləhətlər alıb və qədim tikiş sənətinin müxtəlif növləri ilə tanış olublar.
Qeyd edək ki, layihə Gideyli kəndi Q.Heydərov adına ümumi orta məktəbinin ingilis dili müəllimi Fidan Heydərova tərəfindən icra edilir. Layihənin məqsədi VII-XI sinif şagirdləri arasında milli mənəvi dəyərlərimizdən biri olan tikiş sənətinə marağı artırmaq, eyni zamanda milli dəyərlərimizi azsaylı xalqlar arasında təbliğ etməkdir.