Masallı rayonunun 369 şagirdi distant təlimlərə cəlb olundu!
Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş "Gələcəyimizin Könüllüləri” adlı layihə icra olundu. Layihənin məqsədi şagirdlərimizi vətənsevər, insanpərvər, milli-mənəvi dəyərlərimizə bağlı ruhda yetişdirmək və onlar üçün distant formatda könüllülüklə bağlı təlimlər təşkil etməkdir. Layihə çərçivəsində Masallı rayonunun 16 məktəbi layihədə iştirak etmişdir. Distant təlimlərdə “Könüllük nədir”, “Könüllülük haqqında Azərbaycan respublikasının qanunu”, “Ölkəmizdə keçirilən və beynəlxalq tədbirlərdə könüllülərin rolu, bacarıqlar və s.” qeyd edilmişdir. Distant təlimlərdə ümumilikdə 369 şagird iştirak etmişdir. Həmin şagirdlərin 207-si qız, 162-si oğlan şagird olmuşdur. Distant təlimlərdə 40-dan çox müəllim də iştirak etmişdir. Layihə Masallı ş. N.Nərimanov adına 2 saylı tam orta məktəb tərəfindən icra edilmişdir. Layihənin rəhbəri Mehriban Əzizova olmuşdur.
Həmçinin layihə çərçivəsində könüllülük fəaliyyətini əks etdirən, könüllülüyün qazandırdığı bilik və bacarıqları aşılayan, vətənə və milli dəyərlərə sevgini göstərən sosial çarx hazırlanmışdır. Sosial çarx Pandemiya şəraitinə əməl etməyi və “II Qarabağ” döyüşlərində qələbəni də də özündə əks etdirmişdir.
Layihənin sosial çarxını izləmək üçün linkə daxil ola bilərsiniz: https://www.youtube.com/watch?v=etTa5S4pCsE&t=38s