“Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi layihəsi yekunlaşıb
“Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi layihəsi yekunlaşıb.
Ağstafa Dövlət Rəsm Qalereyasında sərginin açılış tədbiri təşkil olunub. Layihəyə Qazax-Tovuz Regionundan əlavə Bakı, Sumqayıt, Gəncə və digər rayonların şagirdləri müraciət edib. Sərgiyə ümumi 120 -yə yaxın rəsm əsəri təqdim edilmiş, onlardan münsiflər heyəti tərəfindən seçilmiş 70-ə yaxın rəsm əsəri sərgiyə dəvət almışdır.
Layihənin əsas məqsədi 7-18 yaş arası orta məktəb şagirdləri arasında “Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi keçirərək onların ətraf mühit haqqında məlumatlılığını inkişaf etdirmək, rəqəmsal və ənənəvi rəsmlər vasitəsilə yaşıl dünyaya təhsilin tərəflərinin diqqətini çəkməkdir.
1-2-3 yer qalibləri müəyyən edilərək diplom, hədiyyə və medallarla , digər sərgi iştirakçıları isə sertifikatlarla təltif olunub.
Qeyd edək ki, layihə Ağstafa rayonu S.H.Məmmədov adına Poylu kənd tam orta məktəbin təsviri incəsənət müəllimi Ələkbərova Həbibə Mübariz qızı tərəfindən həyata keçirilib.