“Zorakılığa məruz qalan insanlara kömək etməyin əhəmiyyəti” adlı təlim
“Zorakılığa məruz qalan insanlara kömək etməyin əhəmiyyəti” adlı təlim
Salyan rayonu C. Məmmədov adına Qaraçala qəsəbə tam orta məktəbində “Məni özün bil!” qrant layihəsi çərçivəsində Araz Babayev tərəfindən “Zorakılığa məruz qalan insanların dəstəklənməsi və onlara kömək etməyin əhəmiyyəti” mövzusunda təlim keçirilib.
Təlim müddətində müxtəlif buzqıran və rol-model oyunlardan istifadə olunub. Təlim zamanı iştirakçılar zorakılığa məruz qalan insanların özlərini tək və gücsüz hiss etdiklərini, onlara anlayış göstərməyin və emosional dəstək verməyin əhəmiyyətini öyrəniblər.
Xatırladırıq ki, “Məni özün bil!” qrant layihəsi Salyan rayonu C. Məmmədov adına Qaraçala qəsəbə tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Güləliyeva Elnarə tərəfindən icra olunur. Layihənin təlimçisi bullinq və gender məsələləri üzrə mütəxəssis Babayev Araz Malik oğludur. Layihənin əsas məqsədi hər qrupda 4 təlim olmaqla, ümumilikdə 30 şagirdi təlimlərə cəlb edib, onlara bullinq və insan psixologiyasında vacib yer tutan empatiya mövzusunu şagirdlərə aşılamaqdır.