"Makerhton-2024" turniri baş tutub
"Makerhton-2024" turniri baş tutub
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş ""Yeni Qalaktika" Makerthon 2024" layihəsi çərçivəsində "Makerhton-2024" turniri baş tutub.
Yarışda şagirdlərə beş istiqamətdə mövzular verilib.
Kosmosda davamlı həyat:
Marsda məskunlaşma;
Kosmosda qabaqcıl texnologiya;
Kosmosda insan sağlamlığı;
Kosmosda rabitə.
Şagirdlər qruplara bölünərək mövzulara uyğun araşdırmalar edib, təqdimat hazırlayıblar. Daha sonra hazırladıqları materialları təqdim ediblər.
Yarışda uğurlu təqdimat edən komanda üzvləri təltif olunacaq.
Qeyd edək ki, məqsədi şagirdlərə astronavtika məzmunlu mühəndislik-dizayn həllərini proqramlaşdırma ilə inteqrasiyalı şəkildə öyrətmək, onların irəliləyişlərinə təkan verəcək makerthon formatında məşğələ və yarışları təşkil etməkdir. Bu bacarıq və vərdişləri STEAM əsaslı müxtəlif yerli və beynəlxalq müsabiqələrdə sınamaq olan layihə Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbdə məktəbin coğrafiya müəllimi Rəna Cananova tərəfindən icra olunur.