“Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması” qrant layihəsi çərçivəsində təlimlərə start verilib.
“Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması” qrant layihəsi çərçivəsində təlimlərə start verilib.
Təlimlərdə məktəb həyətində quraşdırılmış oyun parkında yarışlar təşkil edilir, şagirdlər komandalara bölünərək təlimçinin göstərişlərinə uyğun olaraq oyunlarda iştirak edirlər. Təşkil edilən oyunlar ibtidai sinif şagirdlərində tarazlıq, növbə gözləmə qaydası kimi anlayışların qavranılmasına, əzmkarlıq hissinin formalaşmasına imkan yaradır.
Xatırladırıq ki, “Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması” qrant layihəsi Zəhra Şərifli tərəfindən Məmmədli kənd tam orta məktəbində həyata keçirilir. Layihə çərçivəsində məktəbin həyətində oyun meydançası hazırlamaqla şagirdlərin fiziki, sosial və intellektual inkişafına imkan yaratmaq, problemləri həll etmə və komanda ilə işləmək bacarıqlarının inkişafını təşviq etmək, I, II və III siniflərdə təhsil alan 40 şagirdə maneələr zolağının vacibliyi ilə bağlı 2 ay müddətində müxtəlif öyrədici oyunların təşkili, qonşu məktəblərin şagirdləri üçün məktəbə infotur təşkil edilməsi nəzərdə tutulur.