146
logo

V qrant müsabiqəsinin nəticələri

  • Çərşənbə axşamı 10 Avqust 2021



Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələri açıqlanıb.

Müsabiqəyə “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 230, “Fərdi kateqoriya” üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında “Ümumi təhsil kateqoriya”sı üzrə 47, “Fərdi kateqoriya üzrə” 132 layihə olmaqla ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb.


“Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində qrant qazanan layihələrin siyahısı ilə aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz.


Fərdi kateqoriya


Ümumi təhsil müəssisəsi kateqoriyası


Müsabiqə nəticələrindən narazı qalan müraciətçilər 16 avqust 2021-ci il saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına ad-soyad, əlaqə nömrəsi,  təqdim etdikləri layihənin adı, kateqoriyası və nominasiyasını göndərərək apellyasiya müraciəti edə bilərlər.