"Şagird psixologiyası" adlı təlim keçirilib
"Şagird psixologiyası" adlı təlim keçirilib
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində qalib olan "Mənfiləri yox et, uğur qazan" layihəsinin əsas fəaliyyət planına uyğun olaraq layihəyə cəlb edilmiş IV, IX və XI sinif şagirdlərinə "Şagird psixologiyası" mövzusunda təlimlər keçirilib. Təlimlər Cəbrayıl rayonu Böyük Mərcanlı kənd K.Məmmədov adına tam orta məktəbində təşkil edilir.
Layihənin təlimçi-psixoloqu Nigar Gülməmmədli tərəfindən keçirilən təlim zamanı şagirdlərin baş verən hadisələrə, qarşılaşdıqları problemli situasiyaları müzakirə edilib, hadisələrə yanaşma tərzinə temperament tipinin, həmçinin yaşın əhəmiyyəti vurğulanıb. Eyni zamanda şagirdlərin emosional və sosial sahənin inkişafı dəyərləndirilmiş, empatiya, dostluq münasibətlərinə yanaşmalarını müəyyən etmək məqsədilə çalışmalar işlənmişdir.
Qeyd edək ki, layihənin məqsədi IV, IX və XI sinif şagirdləri üçün psixologiya proqramından istifadə edərək onların davranış problemlərini aradan qaldırmaq və sağlam sosial münasibətlər qurmağı təşviq etməkdir. Layihə rəhbəri K. Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbin müəllimi Şahanə Xəlilovadır.