“Khan Academy düşərgəsi” layihəsi çərçivəsində valideynlərlə görüş keçirilib.
“Khan Academy düşərgəsi” layihəsi çərçivəsində valideynlərlə görüş keçirilib.
Görüşün məqsədi valideynləri “Khan Academy düşərgəsi” haqqında məlumatlandırmaq və şagirdlərin iştirak edəcəyi intensiv dərslər barədə ətraflı məlumat verməkdir. Düşərgədə 100 şagird iştirak edir və hər biri dərsdən sonra altı saat müddətində təşkil edilən dərslərə qatılır. Bu layihə, şagirdlərin biliklərini qısa müddət ərzində digital platformada inkişaf etdirmək məqsədi ilə keçirilir.
Layihənin rəhbəri Jalə Namazovanın sözlərinə görə, İntensiv dərslər şagirdlərə, digital platformalarda öz biliklərini necə sürətlə inkişaf etdirə biləcəklərini öyrədəcək. Bu layihə artıq bir sıra ölkələrdə tətbiq edilib və müsbət nəticələr əldə olunub.
Qeyd edək ki, layihə Şəmkir rayonunun Düyərli kənd 1 nömrəli tam orta məktəbində Jalə Namazovanın rəhbərliyi ilə həyata keçirilir.