“İnteraktiv Simulyasiyalar Biologiyanın tədrisində müasir yanaşma" layihəsi çərçivəsində dərslər davam edir
Ucar rayon Qazıqumlaq kənd Heydər Əliyev adına 2 nömrləli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olan “İnteraktiv Simulyasiyalar Biologiyanın tədrisində müasir yanaşma" layihəsi çərçivəsində dərslər davam edir.
Layihə çərçivəsində milli kurikuluma uyğunlaşdırılmış dərs planları hazırlanıb və bu planlar məktəb daxilində biologiya müəllimlərinə təqdim edilir. Eyni zamanda, “Biologiya Akademiyası” adı altında 8-10-cu sinif şagirdləri üçün 2 ay ərzində 18 saatlıq dərnəklər təşkil olunacaq.
Xatırladırıq ki, "Biologiyanın tədrisində müasir yanaşma – interaktiv simulyasiyalar" layihəsi Qazıqumlaq kənd 2 nömrəl tam orta məktəbdə Rəna Allahverdiyeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi PhET interaktiv simulyasiya platformasında yerləşən Azərbaycan dilindəki tədris materialları və praktiki məşğələlərdən istifadə edərək biologiya dərslərinin daha interaktiv şəkildə təşkili və şagirdlər üçün dərnək proqramının yaradılmasıdır. PhET platformasında biologiya üzrə müxtəlif simulyasiyalar mövcuddur. Bu simulyasiyalar vasitəsilə şagirdlər hüceyrə prosesləri, genetik kodlar və digər biologiya mövzularını interaktiv şəkildə öyrənə bilərlər.