146
logo

İxtiraçı gənclər – “Sabahın alimləri” Respublika müsabiqəsinə hazırlıq layihəsinin açılış tədbiri keçirilib

  • Cümə axşamı 7 Oktyabr 2021



Bu gün  Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin direktoru  Anar İsmayılovun Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin "Ümumi təhsil  kateqoriya"sı  üzrə qalib olmuş İxtiraçı gənclər – “Sabahın alimləri” Respublika müsabiqəsinə hazırlıq layihəsinin açılış tədbiri keçirilib. 

Tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru  Şahin Bayramov , Mingəçevir ŞTŞ-nin müdir vəzifəsini icra edən Zamiq Cəbiyev, ümumtəhsil məktəblərinin direktorları və KİV numayəndələri iştirak etmişdir.

Layihə çərçivəsində “Seçilmiş şagirdlər iş, universitetin professor-müəllim heyəti ilə əməkdaşlığın qurulması” mövzusunda MDU-nun rektoru  Şahin Bayramov, “Ümumtəhsil məktəblərinin layihə ilə şagirdlərin əməkdaşlığının genişləndirilməsi, məktəb rəhbərlərinin layihəyə dəstək” mövzusunda Mingəçevir ŞTŞ-nin müdir vəzifəsini icra edən Zamiq Cəbiyev, “Layihənin əhəmiyyəti, vacibliyi və  davamlılığı” mövzusunda layihə eksperti Etiram Sadıqzadə, layihənin məqsəd və vəzifələri haqqında layihənin rəhbəri Anar İsmayılov çıxış etmişdir.

Son illər məktəblilər arasında yeniyetmələrin yaradıcılıq potensialının inkişafı, ixtiraçılığın və elmi tədqiqatçılığın təşviq olunması üçün Təhsil Nazirliyi tərəfindən görülən məqsədyönlü tədbirlər nəticəsində öz düşüncələrini, zəkalarının məhsulunu ortaya qoyan yeni istedadlı nəsil formalaşmaqdadır. “Sabahın Alimləri” Respublika elm müsabiqəsi də görülən tədbirlərdən biridir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. 

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.