146
logo

""Zorakılığa son" pantomima" adlı layihə çərçivəsində tamaşa hazırlanıb

  • Çərşənbə axşamı 8 Aprel 2025



Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalibi olmuş ""Zorakılığa son" pantomima" adlı layihə çərçivəsində tamaşa hazırlanıb.
Layihə Oğuz şəhər Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Dünya Hacıağayeva tərəfindən icra edilir. Tamaşa Oğuz şəhər Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanıb.
Layihənin məqsədi şagirdlərə zorakılığın zərərlərini və fəsadlarını pantomima vasitəsi ilə göstərmək, təhsil prosesinin iştirakçılarının diqqətini bu mövzuya çəkmək, tərəfləri bu mövzuda maarifləndirməkdir.