Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi keçirildi
Oktyabrın 8-i Azərbaycan Respublikası Təhsil Nazirliyinin
"Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi"
çərçivəsində qalib olmuş Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbinin
informatika müəllimi Rəfiqə Hüseynovanın "Rəqəmsal Liderlər" Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı
layihəsinin rəsmi açılış mərasimi keçirildi.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası
layihənin icra olunmasında əməkdaşlıq edəcəkdir.
Layihənin açılış mərasimi bu gün
Biləsuvar Rayon Gənclər Evində baş tutmuşdur.
Açılışda Biləsuvar Rayon Təhsil
Şöbəsinin müdiri Aqşin Bağırov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının
ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Ləman Yüzbaşova iştirak
etdi. Layihə rəhbəri Rəfiqə Hüseynova layihənin məqsədi, vəzifələri, icra planı
haqqında qonaqlara ətraflı məlumat verdi.
Xatırladaq
ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində
başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və
innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.