“Zəfər” vətənpərvərlik klubunun açılış mərasimi keçirilib
9 oktyabr tarixində Təhsil Nazirliyi tərəfindən təşkil edilən Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib layihələrdən biri “Zəfər” vətənpərvərlik klubunun açılış mərasimi keçirilib.
Tədbirin
açılışında, layihə rəhbəri, Vətən müharibəsi qazisi Nazim Sadıqov çıxışında
bildirib ki, “Zəfər” vətənpərvərlik klublarının yaradılmasında əsas məqsəd mütəmadi
olaraq vətənpərvərliyi təbliğ edən tədbirlərin təşkili ilə şagirdlərə vətənpərvərlik
hisslərinin aşılamaqdır.
Açılışda Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, 3
saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Sənan Mənsimli, Azərbaycan Gənc
Müəllimlər Assosiasiyanın sədri Rüfət Əsədzadə, layihənin eksperti Hüseyn Hüseynov iştirak etdi.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalib layihəsinin icrası ilk dəfə olaraq Biləsuvar rayon ümumtəhsil məktəblərində sistemli idarəetməyə malik “Zəfər” vətənpərvərlik klubları təsis ediləcək.