146
logo

26 məktəb direktoru "Data əsaslı qərarvermə" təlimlərinə cəlb olundu.

  • Cümə 27 Dekabr 2019



            Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi Bakı şəhər 177 nömrəli məktəb tərəfindən icra olunan "Məktəb idarəediciləri üçün data əsaslı qərarvermə" layihəsi çərçivəsində 26 ümumi təhsil müəssisəsinin rəhbərləri üçün ADA universitetində təlimlər təşkil olundu. 2019-cu ilin avqust ayında 12 inzibati rayon üzrə 35 direktor müsahibəyə dəvət olundu və 26 direktor seçilərək təlimlərə cəlb olundu.
     
              Təlimlərdə direktorların tədqiqat aparma, real datanın təhlili və data əsaslı qərarvermə bacarıqları artırıldı. Sentyabr ayında başlayan təlimlər ADA universitetinin data analitika mütəxəssisi Dr. Vener Qarayev tərəfindən keçirildi.