146
logo

"Dəmir Yumruq" əməliyyatı şagirdlərin gözündə

  • Cümə axşamı 14 Oktyabr 2021



Oktyabrın 13-də Təhsildə inkişaf və nnovasiyalar üzrə V qrant müsabiqəsində qalib olmuş "Dəmir Yumruq" əməliyyatı şagirdlərin gözündə - layihəsinin təqdimati keçirilimişdir. Təqdimatda Cəlilabad Rayon Təhsil Şöbəsinin nümayəndələri, Cəlilabad rayonunun ümumtəhsil məktəblərinin direktorları iştirak etmişdir.

Layihə Rəhbəri Elməddin İbadov layihə haqqında ətraflı məlumat vermişdir. Tədbirdə həmçinin Cəlilabad Rayon Təhsil şöbəsinin işçiləri, aparıcı məsləhətçilər çixiş edərək öz təkliflərini vermişdirlər.

Qeyd edək ki, "Dəmir Yumruq" əməliyyatı şagirdlərin gözündə - layihəsini məqsədi Cəlilabad rayonunda yerləşən ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirməkdir. Layihə həmçinin II Qarabağ müharibəsini, şəhidlərimizi, qazilərimizi, qəhrəman əsgərlərimizi şagirlərin gözündə görməyi hədəfləyir. Eyni zamanda istedadlı şagirdlərin kəşf edilməsi də, gözlənilən nəticələr arasındadır.

Görüş zamanı şagirdlərin müsabiqəyə cəlb oluması mexanizmi və sərginin təşkili məsələləri də, müzakirə olunmuşdur.