Şagirdlərin elektron elm jurnalı – Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalib layihəsi
Təhsildə
inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində Azərbaycan
Britaniya Kollecinin müəllimi Qoşqar Məhərrəmovun qalibi olduğu “Şagirdlərin
elektron elm jurnalı” layihəsinin açılış mərasimi keçirildi.
Layihənin tanıtım videosundan sonra layihə rəhbəri, Azərbaycan
Britaniya Kollecinin müəllimi Qoşqar Məhərrəmov layihənin məqsədi, yerli və
beynəlxalq təcrübə, tədqiqatın və elmi araşdırmanın önəmini vurğuladı. Şagirdlərlə
tədqiqat və elmi yazı ilə bağlı təlimlərin təşkil olunacağı qeyd edildi.
Videokonfrans
formatında keçirilən tədbirdə layihə
çərçivəsində hazırlanacaq jurnalın elmi heyəti təhsil idarəçiliyi üzrə mütəxəssis,
Qoşqar Məhərrəmli, T-network – təhsil işçilərinin təcrübə və kommunikasiya
platformasının koordinatoru Cəfər Mənsimi, Naxçıvan Dövlət Universitetinin
dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Rza Məmmədov, Azərbaycan Məktəbi
Jurnalının redaktoru Arzu Soltan, 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev çıxış edərək
layihə barədə öz fikirlərini bölüşdülər.
Tədbirə dəvət olunmuş qonaqlar hal-hazırda bu mövzuda
jurnalın ərsəyə gəlməsinə və təlimlərin təşkilinə böyük ehtiyac olduğunu
vurğuladılar.
İştirakçılara layihə çərçivəsində onlayn sorğu linki göndərildi,
sorğuda şagirdlərin layihənin təlimlərinə qoşulmaqla bağlı fikirlərini bildirmək xahiş edildi.
Qeyd edək ki, layihə
çərçivəsində T-network təhsil
işçilərinin təcrübə və kommunikasiya platforması ilə əməkdaşlıq edilcəkdir.