146
logo

Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (IGEO və EGEO) hazırlığı

  • Şənbə 16 Oktyabr 2021



Bu gün "Coğrafiyadan şagirdlərin beynəlxalq coğrafiya olimpiadasına (iGeo) hazırlığı" layihəsinin həm canlı , həm də onlayn formatda  açılış mərasimi keçirilib.

Layihə Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə təqdim edilib və qalib olub. Layihə rəhbəri, Bakı şəhər 8№ li tam orta məktəbin coğrafiya müəllimi Yaşar Seyidəliyev beynəlxalq coğrafiya olimpiadası (iGeo) barədə  məlumat verərək bildirib ki,  ölkə üzrə coğrafiyadan xüsusi istedadı ilə seçilən şagirdləri müəyyən edib beynəlxalq coğrafiya olimpiadasına hazırlıq dərsləri keçəcək. Dərslər ingilis dilində beynəlxalq coğrafiya kurikulumu əsasında keçiriləcək və dərslərə cəlb edilən şagirdlər, qeydiyyatdan keçmiş və RFO qalibləri arasından olan şagirdlərdir. Dərslər pandemiya şəraitinə uyğun olaraq avadanlıq və texniki imkanların genişliyinə görə Fortis Academy-də hər şənbə saat 9:00-11:00 –da təşkil olunacaq.

Tədbirdə həm özəl, həm də dövlət təhsil müəssisələrinin, BDU, ADPU coğrafiya fakültələrinin dekan-müəllim heyyəti, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin nümayəndəsi, Bakı Qızlar Universitetinin və AMEA Coğrafiya İnstitutunun coğrafiya professor-müəllimləri, tələbə-valideynləri, şagirdlər iştirak etdilər.

Tədbirin açılşında  coğrafiyanın əhəmiyyətindən, coğrafiya fənninin tədrisindən, coğrafi informasiyanın rolundan BDU-nun Coğrafiya Fakültəsinin dekanı Şəkər Məmmədova, layihəyə ev sahibliyini edən “Fortis Group” adından “Fortis” akademiyasının direktoru Ramil Hacıyev çıxış edərək layihənin əhəmiyyətindən və coğrafiyanın insan həyatındakı rolundan bəhs etdilər. Ramil Hacıyev bildirdi ki, daha yaxşı hazırlaşmaları üçün müasir texniki avadanlıqlarla təchiz olunmuş siniflər  iGeo komandası şagirdlərinin ixtiyarına verilib.

Qeyd edək ki, 2021-ci ildə DİM –nin təşkil etdiyi qəbul imtahanlarında 2-ci blok üzrə ən yüksək nəticə və RFO qalibi, 3 qat olkə çempionu Əflan Bədəlov və digər Prezident təqaüdçüləri bizim qrant müsabiqəsinin qalibi olan layihəmizin müdavimləridir. Bu nəticələr layihəmizin uğurlu layihə olmasından xəbər verir.

iGeo ilə görülən işlərdən, Təhsil Nazirliyinin qrant maliyələşməsindən sonra, artıq ölkə iGeo nu tanıdı, hamı coğrafiyadan beynəlxalq olimpiadanın olduğunu öyrəndi.

Y.Seyidəliyev onu da vurğulayıb ki, hazırlıqla bağlı yenilikləri layihənin rəsmi “Facebook“ (https://www.facebook.com/groups/1660060690947078) və “İnstagram” (https://www.instagram.com/igeo.az/ , https://www.instagram.com/geograf.az/ )üzərindən izləmək mümkündür.

Xatırlatmaq istərdik ki,  "Coğrafiyadan şagirdlərin beynəlxalq coğrafiya olimpiadasına (iGeo) hazırlığı" Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III, IV və V qrant müsabiqəsinin qalibi olmuşdur.