146
logo

"Mənim peşəm mənim gələcəyimdir” layihəsinin seminarı keçirilib

  • Çərşənbə axşamı 19 Oktyabr 2021




19 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" çərçivəsində icra edilən “Mənim peşəm mənim gələcəyimdir!” layihəsi çərçivəsində maarifləndirici seminar keçirilib.

Seminarda İsmayıllı rayon təhsil ictimaiyyətinin nümayəndələri, layihə rəhbəri Vəfa Vahabova,  təlimçi Elnarə Qasımova və İsmayıllı Rayon Təzəkənd kənd tam orta məktəbində təhsil alan 30-a yaxın şagird iştirak edib. Tədbiri giriş nitqi ilə İsmayıllı rayon Təzəkənd kənd tam orta məktəbinin direktoru Elxan Bədəlov açıb.

Ardınca çıxış edən layihə rəhbəri, İsmayıllı Rayon Yeniyol kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Vahabova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimində vaxtında doğru qərar verməsi, peşə seçimində əmək bazarının tələblərinə uyğun qərar verilməsi kimi hədəf istiqamətləri müəyyən edilib.  Təlimçi Elnarə Qasımova   peşə təhsili üzrə təhsil alanlar üçün peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması, peşə təhsilinin vacibliyi və. s kimi mövzuların müzakirəsinin vacibliyini qeyd edib.

“Mənim peşəm mənim gələcəyimdir!”  adlı maarifləndirici flayerlər hazırlanmışdır və yaxın zamanlarda İsmayıllı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında paylanması nəzərdə tutulub.
 
 Sonda seminarda iştirak edən müəllimlər və şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici flayerlər paylanıb.