V qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş
Oktyabrın
20-də Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibləri ilə onlayn formatda görüş keçirilib.
Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin rəsmi nümayəndələri və 179 nəfər qalib layihələrin rəhbərləri iştirak edib.
Videokonfrans
formatında keçirilən görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov və Tədqiqat və innovasiya sektorunun mudiri səlahiyyətlərini icra edən, baş məsləhətçi Vüsalə Əliyeva çıxış etdi.
Təhsil nazirinin müavini şagirdlərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ümumtəhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən danışıb. Firudin Qurbanov bildirib ki, müəllimlər, təhsil işçiləri müasir çağırışlara, innovasiyalar, rəqəmsal texnologiyalar, suni intellektin inkişafına hazır olmalarını, ölkənin inkişafında, onun modernləşdirilməsində yaxından iştirak etməlidir.
Çıxışının sonunda müsabiqənin əhəmiyyəti və vacibiyi barədə danışan təhsil nazirinin müavini layihələri yüksək dəyərləndirərək qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sonda layihələrin icrasına verilən tələblərə dair ətraflı məlumat verildi.
Qeyd edək ki, 2017- 2021-ci illər üzrə “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 226 və “Fərdi” kateqoriya üzrə 592 layihə olmaqla, ümumilikdə 818 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənmişdir.