146
logo

V qrant müsabiqəsinin qalib layihəsinin rəhbəri "Təhsil səhəri" verilişinin qonağı olub

  • Çərşənbə axşamı 26 Oktyabr 2021



Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalib layihəsinin rəhbəri, Xızı rayon Türkoba kənd ümumi orta məktəbin tarix müəllimi Emin Piriyev “Təhsil " televiziyasında "Təhsil səhəri" verilişinin qonağı olub.


Veriliş zamanı Emin müəllim keçdiyi şərəfli və müzəffər döyüş yolundan və layihə çərçivəsində görülən işlərdən danışıb.


Qeyd edək ki, Emin Piriyev 44 günlük Vətən müharibəsi müddətində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmişdir. 


Videonu izləmək üçün: (https://youtu.be/wuWk5dLYGJ4)